AZ

Rumıniya 1 avroya 18 F-16 qırıcı təyyarəsi aldı

Rumıniya Niderlanddan 1 avro simvolik məbləğinə 18 F-16 qırıcı təyyarəsi alıb. Müqavilənin rəsmən imzalanması bu gün, 3 noyabrda Buxarestdə baş tutub.

HİT.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi bildirib.

"Defence Express"in yazdığına görə, indi Rumıniya Hərbi Hava Qüvvələrində 67 F-16 təyyarəsi var. Lakin onların hamısı istifadə olunmur. Ölkə 2013-cü ildən etibarən xidmətdən çıxarılmış qırıcıları alıb. Əvvəlcə Portuqaliyadan 316 milyon avroya 17 təyyarə alıb. Sonra isə Norveçdən 388 milyon avroya daha 32 təyyarə alınıb.

"Yəni, 67 istifadə olunmuş F-16-dan ibarət bütün park Buxarestə 704 milyon avro başa gəlib. Lakin əlavə 18 təyyarə, Avropada F-16 pilotlarının hazırlanması üçün təlim mərkəzinin köçürülməsi planının yekunlaşması ilə bağlıdır. Çünki bu qırıcılar xüsusi olaraq təlim üçün nəzərdə tutulub", deyə müəlliflər əlavə ediblər.

Bu mərkəz əvvəllər Niderlandda yerləşirdi və pilotlar həmin təyyarələr üzrə orada təlim keçirdilər. Lakin ölkənin F-35-lərə keçidi ilə onlara ehtiyac aradan qalxıb.

Rumıniyada təlim mərkəzi, keçən ildən pilot hazırlayan Borça (Borcea) 86-cı aviabazasında yerləşəcək. Bu mərkəzdə F-16 üzrə təlim keçən ukraynalı pilotlar da təhsil alacaq. Buna görə də, analitiklər qeyd edib ki, Rumıniya Hərbi Hava Qüvvələrinin "təlim" F-16-larla gücləndirilməsi Ukrayna üçün müsbətdir.

Həmçinin, Rumıniya bu F-16-ların xidməti və uçuş hazırlığının təmin edilməsi xərclərini öz üzərinə götürəcək. Bu, digər ölkələrin pilotları üçün təlimin dəyəri ilə kompensasiya edilməlidir. Lakin, müəlliflər qeyd edib ki, problem ondadır ki, indi Avropada bu təyyarələrlə az sayda ölkə uçur.

"Rumıniyanın özü və Ukraynadan başqa – bu, onları hələ də kifayət qədər uzun müddət istifadə edəcək Polşa və Yunanıstandır. Lakin polyaklar F-16-ların istismarının ilk günlərindən etibarən öz pilotlarını təlim üçün ABŞ-ya göndərirlər", deyə jurnalistlər əlavə ediblər.

Əvvəllər pilotları Niderlandda təlim keçən Portuqaliya isə bu qırıcıları silahsızlaşdırmağı planlaşdırır. Belçika da onların istismardan çıxarılması prosesinin əşiyindədir. Ləngimələrlə olsa da, müvafiq olaraq 14 və 16 yeni F-16V ilə güclənən Slovakiya və Bolqarıstan isə qalır.

"Yəni, hazırda Rumıniya üçün "təlim" F-16-ları daha çox "vacib bir yük"dür. Lakin bu, Rumıniyanın problemini – onlar üçün pilotların hazırlanma tempinin kifayət etmədiyi çox sayda qırıcı təyyarə problemini həll etməyə imkan verir", deyə analitiklər izah ediblər.

Samir
 

Seçilən
37
hit.az

1Mənbələr