Sevgilisinin yanında oturmağı tələb edən qadın təyyarədən qovuldu
Ajans.az Daily Mail-ə istinadən xəbər verir ki,hadisə 2 noyabrda Da Nanqdan Honkonqa uçan HK Express UO559 reysində baş verib. Qadının bir neçə dəqiqə ərzində stüardessaya qışqırdığı və ağladığı görülüb, fəryadları isə təyyarənin salonunu doldurub və sərnişinlər arasında böyük təəccüb doğurub. Nəticədə reys təxminən iki saat gecikərək, yerli vaxtla saat 18:30-da planlaşdırılan uçuş 20:10-da həyata keçirilib. Sərnişinlərin bildirdiyinə görə, qadının davranışları təyyarəyə minməzdən əvvəl terminalda da başlamışdı. Qadın sərnişin partnyoruna qışqıraraq onu ittiham edib, qarşı tərəf isə qadının sevgilisini xəyanətdə günahlandırıb. İddialara görə, qadın isə kişini yersiz cinsi davranışda və digər qadın sərnişinlərə baxmaqda ittiham edib. Əvvəlki görüntülərdə qadının terminalda sevgilisini vurduğu və qışqırdığı da əks olunub.