AZ

Əhalini maraqlandıran əməkhaqqı, pensiya, gündəlik gəlir - İqtisadçıdan xoş xəbər

Məlum olduğu kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib ki, gələn il manatın məzənnəsinin sabit qalacağı gözlənilir. Eyni zamanda Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov da qeyd edib ki, manatın məzənnəsinin sabitliyinin qorunması başlıca amil olacaq.

Maraqlıdır, gələn il üçün hansı yenilikləri gözləmək olar?

Mövzu ilə bağlı Ölkə.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı hər il olduğu kimi bu il də çox maraqlı məqamlar yaşandı:

"Düşünürəm ki, Mərkəz Bank rəhbərinin, Taleh Kazımovun açıqlamaları kifayət qədər ictimaiyyət üçün maraqlı məqamlar ortaya qoydu. Bunlardan birincisi manatın məzənnə perspektividir. Taleh Kazımovun çıxışları göstərdi ki, növbət ildə də manatın məzənnə stabilliyi qorunacaq. Yəni 2026-ci ildə pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf diapazonunda saxlamaqdır. Əlavə olaraq da pul siyasətini mövcud rejim daxilində həyata keçirməkdir. Bu da imkan verəcək ki, qiymət stabilliyi əsas olaraq formalaşsın.

538368

Vətəndaş üçün də fikrimcə, çox həssas məsələ budur: əməkhaqqı, pensiya, gündəlik gəlirdir,  hamısı manatla formalaşır. Bu şəraitdə manatın da dollar qarşısında stabil qalması, sabit saxlanılması, infliyasiyanın nəzarətdə qalması, həm də insanların gəlirlərinin qorunması üçün çox önəmlidir. Və bunu da qeyd edim, sual olunsa ki, bunun iqtisadi əsası varmı? Bəli, var. Çünki 2026-cı ildə cari tədiyyə balansının cari əməliyyatlar hesabında təxminən 3 milyon manat profisiti gözlənilir. Bir sözlə, növbəti ildə də maliyyə sabitliyinin təmin olunması ilə bağlı hər hansı ciddi risk proqnoz edilmir". 

Həmidə İbrahimova

Seçilən
28
2
olke.az

3Mənbələr