AZ

"Emosiyalara qapılmamalıyıq" - Elvin Cəfərquliyev

Sabahkı oyunda daha səbirli olmalıyıq.

"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda İngiltərənin “Çelsi” klubu ilə keçiriləcək IV tur matçından öncə təşkil olunmuş mətbuat konfransında deyib.

O, matça yaxşı hazırlaşdıqlarını bildirib: “Sabahkı görüşdə emosiyalara qapılmamalı, yaxşı mübarizə aparmalıyıq. Bizim üçün önəmli oyundur. Rəqibin güclü və zəif tərəflərini analiz etmişik. Qarşılaşma ərzində tempi artırmağı bacarırlar. Bu cür oyunlarda hər zaman gərginlik olur”.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”–“Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Seçilən
18
unikal.az

1Mənbələr