AZ

“Matçın asan keçəcəyini düşünmürəm Çelsi”nin baş məşqçisi

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Enzo Mareska “Qarabağ”la qarşılaşma ərəfəsində keçirilən mətbuat konfransında qarşıdakı oyunun önəmindən danışıb.

Mareskanın sözlərinə görə, komanda ardıcıl üçüncü qələbəsini qazanmaq üçün meydana çıxacaq:“Bu oyun bizim üçün çox önəmlidir. Ardıcıl üçüncü qələbəmizi əldə etmək şansımız var. Təbii ki, heyətdə müəyyən rotasiyalar aparmalı olacağıq. Cümə günü Londona qayıdacağıq və şənbə günü növbəti oyunumuz keçiriləcək. Şərtlərə uyğunlaşmağa və maksimum performans göstərməyə çalışacağıq.”

İtaliyalı mütəxəssis Ağdam təmsilçisinin gücünü də yüksək qiymətləndirib:

“Qarabağ çox güclü komandadır. Onlar "Benfika" və "Kopenhagen" üzərində qələbə qazanıblar. "Atletik"lə görüşdə hesabda önə keçsələr də, sonda məğlub oldular. Uzun illərdir eyni baş məşqçi ilə çalışan bu komanda ev oyunlarında çox nizamlı və sıx futbol sərgiləyir. Bu səbəbdən matçın asan keçəcəyini düşünmürəm".

Mareska həmçinin Qurban Qurbanovun “Qarabağ”ı 17 il ardıcıl çalışdırmasını təqdir edib:“Bu, inanılmaz bir göstəricidir. Sözün düzü, belə bir şeylə çox nadir hallarda rastlaşıram. 17 il eyni klubu idarə etmək heyrətamizdir".

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
azpolitika.info

1Mənbələr