AZ

"Sənətdəki böyüklərdən dəstək görmədim"

Aktrisa Pərvin Abıyeva 36 min manatdan imtina edib. 

Ucnoqta.az xəbər verir ki, aktrisa bu haqda "Afaqla 10lar" verilişində deyib. Aktrisa bildirib ki, reklam təkliflərinin əksəriyyətindən imtina edir:

"Hətta daha çox miqdar olub ki, imtina etdim. Səbələr çoxdur. Bəzən elə iş olur ki, özümü orada görmürəm. Məsələn, spirtli içki reklamlarından imtina edirəm. Aktrisalıq karyeramda 3 seriala çəkilmişəm. Aktrisalıq təhsilim yoxdur. Sonradan Türkiyəyə gedib orada dərs aldım. Həmin ərəfədə bizim sənətdəki böyüklərdən dəstək görmədim. Yönləndirdilər ki, get filankəslərdən dərs al. Amma onlarda istilik görmədim. Serial mənim üçün pilləkən oldu. Sonra dedim ki, seriala çəkilməyəcəyəm. Həm fiziki yorulursan, həm də qonorar o deyil".

Pərvin Türkiyədə "Altın kelebek" ərəfəsində pulunun oğurlanmasından bəhs edib:

"Çox məşhur sima orada idi. Türkiyə şəhid verdi və tədbir ləğv olundu. Bizə dedilər ki, filan restoranda olun. Alış-veriş edib, özümə bahalı, məhdud kolleksiya olan pulqabı almışdım. Bank kartlarım, pullarım, şəxsiyyət vəsiqəm və Türkiyədə yaşama icazəm olan kartım var idi. Pulqabım oğurlandı, tapılmadı. Nə pul, nə sənədlər tapıldı. İçində 9 min lirə, 5 min dollar var idi. Pulqabım isə 2700 dollar idi".

Seçilən
44
ucnoqta.az

1Mənbələr