AZ

Xəstəxanaya düşən teatr direktoru evə buraxıldı

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev xəstəxanadan evə buraxılıb. Bu barədə Musavat.com-a onun oğlu Səbuhi Vaqifoğlu deyib.

O bildirib ki, atasının müalicələri ev şəraitində davam edəcək.

Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev Məlhəm Hospitalının reanimasiya şöbəsində müalicə alırdı. Ona sepsis və septik şok diaqnozu qoyulmuşdu.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
73
1
musavat.com

2Mənbələr