AZ

Qarabağ Çelsi oyununa görə problem yarandı Günahkar...

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Son günlər “Qarabağ” – “Çelsi” oyununun biletləri azarkeşlər üçün ciddi problemə çevrilib. Rəsmi satış saytı iticket.az-a daxil olmaq demək olar ki, mümkün olmayıb – sayt donub, açılmayıb. Nəticədə biletlər qısa zamanda tükənib, indi isə sosial şəbəkələrdə bir neçə dəfə baha qiymətə satılır. Azarkeşlər bunu saxtakarlıq hesab edir və məsuliyyətin həm satış platforması, həm də “Qarabağ” klubunun üzərinə düşdüyünü bildirirlər.

Rəsmi satış platformasında bu cür problemlər yaşandıqda və biletlər qeyri-rəsmi şəkildə baha qiymətə satıldıqda, məsuliyyət kimə aiddir? 

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, bu məsələdə məsuliyyət birbaşa satış platformasının üzərinə düşür:

“Platforma tələbat zamanı saytın müxtəlif mənbələrdən kütləvi daxilolmalarına hazır olmalı idi. Belə mötəbər beynəlxalq çempionatın və Çempionlar Liqası oyunlarının Bakıda keçirilməsi böyük maraq yaradıb. Buna görə satış saytının addımları ictimai məsuliyyət sayılır”.

Hüquqşünas bildirib ki, biletlərin alınaraq daha sonra baha qiymətə satılması halları araşdırmalıdır:

“Sayt vasitəsilə rəsmi satışdan kənar şəkildə təqdim edilən və ya qara bazarda baha qiymətə təklif olunan biletlər insanlara problem yarada, nəticədə stadionun boş qalmasına səbəb ola bilər. Bu da ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurar. Kütləvi narazılıqla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi dərhal araşdırma aparmalı, qanunsuz gəlir əldə edən şəxslər məsuliyyətə cəlb edilməlidir”.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu saat 20:45-də start götürəcək.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr