AZ

“İzlədim, maşının qabağını kəsdim” - 17 yaşlı qızla evlənmək istəyən 50 yaşlı şəxs danışdı

Balakən rayonunda 17 yaşlı qızın oğurlanmasının təfərrüatları məlum olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən birində baş verib.

50 yaşlı Samir Rəhimov bir müddət əvvəl xarici ölkədən kəndlərinə qayıdıb və hadisəni törədib. pizza hut

“Kəndə gəldim. Bilirdim qız harada yaşayır. İzlədim onu. Taksiyə oturub çıxdılar. Yolda maşını saxlatdım. Qızı mindirdim öz maşınıma. Qohumumun bir yarımtikili binası var idi, ora apardım. Orada gizlətdim. Daha sonra polislər gəldi”, - Samir Rəhimov bildirib.

Digər saxlanılan şəxs Toğrul Səmədli isə deyib ki, oğurluğu Samir Rəhimovla birlikdə planlaşdırıb:

“Qohumum Samirlə birlikdə əvvəlcədən planlaşdırdıq. Samirə qız qaçıracaqdıq. Sonra qızın evini izlədik. Maşına minəndə onun arxasınca düşüb maşının qabağını kəsdik. Qızı öz maşınımıza mindirib apardıq”.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar.

Zərərçəkmiş polis əməkdaşları tərəfindən gizlədiyi ünvandan aşkar olunaraq ailə üzvlərinə təhvil verilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
51
yenisabah.az

1Mənbələr