AZ

Çempionlar Liqasında ən çox oyun keçirən 10 futbolçu kimdir? - SİYAHI

Futbolçuların dəyəri və statistik göstəriciləri ilə tanınan “transfermarkt” portalı Çempionlar Liqasının tarixində ən çox oyun dəqiqəsinə malik oyunçuların reytinqini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sıralamada ilk onluqda əsasən “Real” və “Barselona”nın sabiq oyunçuları yer alıb.

İlk onluqda karyerası boyu bu iki klubda çıxış etməmiş yeganə futbolçu italiyalı sabiq müdafiəçi Paolo Maldini olub.

O, “Milan” forması ilə 135 oyunda 11 450 dəqiqə meydanda qalıb və altıncı pillədə qərarlaşıb. Siyahıya yalnız əsas heyətdə meydana çıxan oyunçular daxil edilib, qapıçılar nəzərə alınmayıb.

UEFA Çempionlar Liqası tarixində ən çox oyun dəqiqəsi olan futbolçular:

Kriştiano Ronaldo (Əl-Nəsr, əvvəl Real) – 183 oyun, 15 758 dəqiqə;

Lionel Messi (İnter-Mayami, əvvəl Barselona) – 163 oyun, 13 577 dəqiqə;

Serxio Ramos (Monterrey, Meksika, əvvəl Real) – 142 oyun, 12 449 dəqiqə;

Raul Qonsales (Real, karyerasını bitirib) – 142 oyun, 11 989 dəqiqə;

Toni Kroos (Real, karyerasını bitirib) – 151 oyun, 11 635 dəqiqə;

Paolo Maldini (Milan, karyerasını bitirib) – 135 oyun, 11 450 dəqiqə;

Xavi Hernandes (Barselona, karyerasını bitirib) – 151 oyun, 11 308 dəqiqə;

Robert Levandovski (Barselona) – 135 oyun, 11 196 dəqiqə;

Kərim Benzema (Əl-İttihad, əvvəl Real) – 152 oyun, 10 943 dəqiqə;

Jerar Pike (Barselona, karyerasını bitirib) – 128 oyun, 10 627 dəqiqə

Son 20 ilin Avropa nəhəngləri – “Real” və “Barselona” bu göstəricidə də tam dominantlıq nümayiş etdirirlər.

Seçilən
46
sportinfo.az

1Mənbələr