BAKI, 4 noyabr. TELEQRAF
Hindistanın Çhattisqarh əyalətinin Bilaspur rayonunda yük qatarı ilə sərnişin qatarı toqquşub.
Teleqraf "India Today"a istinadən xəbər verir ki, qəza nəticəsində altı nəfər ölümcül xəsarət alıb.
Bir neçə vaqon relsdən çıxıb. Qəza həmçinin yerüstü əlaqə sisteminə və siqnalizasiya sisteminə ziyan vuraraq qatarların hərəkətini dayandırıb. Bir neçə qatarın istiqaməti dəyişdirilib və ya tamamilə ləğv edilib.
Zərərçəkənlərə yardım etmək üçün hadisə yerinə bir neçə tibb briqadası göndərilib.
Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.