Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına daxil olma prosesinin faktiki olaraq 2024-cü ildən bəri dayandırıldığını, ölkənin yalnız nominal olaraq namizəd olduğunu bəyan edib.
Bu barədə Aİ-nin illik genişlənmə hesabatında məumat verilib.
Sənəddə deyilir: "Avropa Komissiyası Gürcüstanın Aİ-yə üzvlük prosesinin 2024-cü ildən bəri faktiki olaraq dayandığı qənaətinə gəlib. Avropa Şurasının 2024-cü ilin dekabr qərarından sonra və Gürcüstanın geriyə addımlar atması nəticəsində Avropa Komissiyası Gürcüstanı yalnız nominal olaraq namizəd ölkə hesab edir."
Hürr Tərcüman