AZ

Eçmiədzində erməni kilsəsinin Ali Ruhani Şurasının iclası başlaylb

Katolikos II Qareginin sədrliyi ilə keçirilən toplantıda anti-kilsə kampaniyası və Qarabağ irsi müzakirə olunur...

Poliqon xəbər verir ki, bütün ermənilərin katolikosu II Qareginin sədrliyi ilə Eçmiədzində Ali Ruhani Şuranın növbəti iclası başlayıb. Toplantıda son aylarda Ermənistan hakimiyyətinin kilsəyə qarşı apardığı təbliğat və təzyiqlər, eləcə də bir sıra din xadimlərinin həbsi ilə bağlı məsələlər geniş müzakirə edilir.

Görüşdə həmçinin Azərbaycanda saxlanılan erməni əsirlərin vəziyyəti, onların azad olunması istiqamətində atıla biləcək addımlar və beynəlxalq qurumlarla əlaqələrin gücləndirilməsi mövzuları gündəmdədir.

Katolikosun rəhbərliyi altında keçirilən iclasda Qarabağda qalan erməni dini və mədəni abidələrin qorunması, həmin irsin gələcək nəsillərə çatdırılması və Eçmiədzinə tabe yeparxiyaların fəaliyyəti də diqqət mərkəzində olub.

Şura üzvləri həmçinin Ermənistan kilsəsinin ölkə daxilində və diasporada rolunu gücləndirmək üçün praktiki addımların atılmasını müzakirə ediblər.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr