AZ

“İnter”lə oyun özümüzü göstərmək üçün böyük şansdır”

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Kayrat”ın baş məşqçisi Rafael Urazbaxtin “İnter”lə oyundan əvvəl fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, məşqçi komandasının oyuna yaxşı əhval-ruhiyyə ilə hazırlaşdığını bildirib:

“Bizdə hər şey qaydasındadır. Qazaxıstanda çempionluğu təmin etdik və indi sakit şəkildə bu oyuna hazırlaşırıq. Rəqibin gücünü başa düşürük, amma bu, bizim üçün özümüzü göstərmək, bu səviyyədə öz oyunumuzu qiymətləndirmək üçün növbəti imkandır”.

Rəqibin kifayət qədər güclü olduğunu qeyd edən mütəxəssis komandasının hər fürsətdən maksimum dərəcədə yararlanacağını vurğulayıb:

“Rəqib təcrübəlidir, A Seriyada ikinci yerdədir və çempionluq uğrunda mübarizə aparır. Çempionlar Liqasında da qrupda məğlubiyyətsiz irəliləyirlər. Çox güclü komandadır. Asan olmayacaq, amma bizim üçün əsas olan cəsarətli, intizamlı və təşkilatlanmış olmaqdır. Yaradacağımız imkanlardan maksimum yararlanmalıyıq. Belə fürsətlərin olacağına inanırıq”.

Qeyd edək ki, “Kayrat”- “İnter” qarşılaşması 5 noyabr tarixində Milanın “San Siro” stadionunda baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
qol.az

2Mənbələr