AZ

Masallıda yeniyetmələrlə maarifləndirici görüş keçirilib » AzadMedia.az


4 noyabr 2025-ci il tarixdə Masallı rayonu Qüdrət Babayev adına Mahmudavar kənd ümumi orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə yeniyetmələrin hüquqi biliklərinin artırılması, sosial təhlükələrdən qorunması məqsədilə maarifləndirici tədbir keçirilib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Azay Ağayev, rəis müavini, polis-polkovnik-leytenantı Elşən Talıbov, eləcə də LARTİ-nin Masallı sektorunun metodisti Hörmət Balakişiyev iştirak ediblər.

Çıxışçılar yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmaların qarşısının alınması, uşaqların təzyiq və zorakılığa, cinsi və əmək istismarına məruz qalmasının qarşısının alınması, erkən nikah hallarının fəsadları, eləcə də narkomaniyadan uzaq durmağın vacibliyi barədə ətraflı məlumat veriblər.

Eyni zamanda, şagirdlərə Polis Akademiyasında təhsil imkanları və gələcək peşə seçimi haqqında ətraflı məlumat təqdim olunub.

Tədbir debat formatında davam edib, şagirdlərin sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.
Seçilən
16
1
azadmedia.az

2Mənbələr