AZ

Qaro Paylan: Ankarada deyirlər ki, 2026-cı ilin əvvəlində Türkiyə-Ermənistan sərhədi açılacaq...

Türkiyəli erməni siyasətçi iki ölkə arasında dialoqun irəlilədiyini bildirib...

Poliqon xəbər verir ki, Türkiyə parlamentinin sabiq deputatı, erməni əsilli siyasətçi Qaro Paylan 4 noyabrda keçirilən “Orbeli 2025” beynəlxalq forumunda çıxışı zamanı bildirib ki, Ankarada 2026-cı ilin əvvəlində Türkiyə ilə Ermənistan arasında sərhədin vətəndaşların gediş-gəlişi üçün açılacağı barədə danışıqlar gedir.

Paylan çıxışında qeyd edib ki, regionda davamlı sülh yalnız qarşılıqlı anlayış və birbaşa dialoq vasitəsilə mümkündür: “Necə olur ki, sülhə təzyiqlə nail olmaq istəyirlər? 120 ildir bunu sınaqdan keçiriblər, amma alınmayıb. Sərhədin hər iki tərəfində insanlar bir-birini tanımır, nifrət dolu ritorika ilə yaşayırlar.”

Paylan əlavə edib ki, hazırda ErmənistanAzərbaycan vasitəçilərsiz birbaşa təmasda olurlar, eyni zamanda erməni və türk rəsmiləri də birbaşa danışıqlar aparır: “Bu, reallaşmış bir arzudur. Ermənistan 1990-cı illərdə müharibəni qazandı, amma sülhü qazana bilmədi. İkinci Qarabağ müharibəsini Azərbaycan qazandı, indi isə sual budur: Azərbaycan rəhbərliyi sülhün qurulması işində də qalib ola biləcək qədər müdrik olacaqmı?”

Siyasətçinin sözlərinə görə, həm Ermənistan, həm də Türkiyə bu dəfə münasibətlərin normallaşmasına real şəkildə hazırdır və yaxın aylarda sərhədlərin açılması bu prosesi yeni mərhələyə çıxara bilər.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr