AZ

BDU 72 min manatlıq müqavilə bağladı – Vergi borcu olan şirkətlə – FOTO

Bakı Dövlət Universiteti publik hüquqi şəxs “SABAH ACADEMY” MMC ilə “Sahibkarlığa giriş” fənninin tədrisi, startap layihələrinin hazırlanması və təlimlərin təşkili xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında 72 min manat məbləğində müqavilə bağlanıb.

32gun.az-ın əldə etdiyi digər məlumata görə,  “SABAH ACADEMY” MMC-nin 13.758,92 manat məbləğində borcu mövcuddur. Şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır.

Bildirək ki, şirkətin qanuni təmsilçisi Fərhad Paşayev Suat oğludur. Məlumata görə, o, “Aztelekom” MMC-nin sabiq baş direktoru Suat Paşayevin oğludur.

Araşdırmamız zamanı bəlli olub ki, O Aztelekom” MMC-nin Sabiq baş direktoru Suat Paşayevin oğludur .

Xatırladaq ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevdir.

 

Seçilən
19
nocomment.az

1Mənbələr