
HƏMAS Qəzza sektorunun İsrail ordusunun nəzarətində olan ərazilərində daha bir girovun qalıqlarının aşkar edildiyini bildirib.
AFN.az xəbər verir ki, bu barədə məlumat hərəkatın hərbi qanadı olan “İzzəddin əl-Qəssam briqadalarının” Telegram kanalında dərc olunub.
Bildirilir ki, Şucaiyyə rayonunun şərq hissəsində, “sarı xəttin” (Qəzzada atəşkəs razılaşması üzrə İsrail ordusunun geri çəkildiyi xətt) arxasında israilli hərbçinin qalıqları tapılıb və onların Qırmızı Xaça təhvil verilməsi üçün hazırlıq aparılır. Cəsədin Beynəlxalq Qırmızı Xaç Komitəsinə nə vaxt veriləcəyi açıqlanmayıb.
HƏMAS nümayəndələri vurğulayıblar ki, cəsədlərin axtarışı Qəzzaya xüsusi texnika və tibb işçilərinin daxil olması sayəsində əhəmiyyətli dərəcədə sürətlənib.