AZ

Gürcüstana qarşı sanksiyalar hazırlanır

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Gürcüstana qarşı viza sanksiyaları hazırlayır.

Avropa Komissiyası Gürcüstanı Avropa inteqrasiyası yoluna qayıtmağa məcbur etmək üçün noyabr ayından etibarən yeni viza təzyiqi mexanizmi tətbiq etmək niyyətindədir. Genişlənmə məsələləri üzrə Avropa Komissarı Marta Kos Brüsseldə keçirilən mətbuat konfransında, Komissiyanın illik genişlənmə hesabatını təqdim edərkən bu barədə məlumat verib.

Kos deyib: "Noyabr ayında Gürcüstana qarşı yeni tədbirlər görməyə imkan verəcək yeni viza dayandırma mexanizmimizin tətbiq olunacağına ümid edirəm".

Onun sözlərinə görə, Gürcüstan "Aİ-dən uzaqlaşır" və onun qəbul prosesi "2024-cü ildən etibarən faktiki olaraq dayandırılıb".

Hürr Tərcüman

Seçilən
15
1
hurriyyet.az

2Mənbələr