AZ

Kişi abortdan imtina edən sevgilisini AMANSIZCASINA ÖLDÜRDÜ

ABŞ-da bir kişi sevgilisini öldürməkdə təqsirli bilinib.

Publika.az xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.

Hadisə 2022-ci ildə baş versə də, kişi yalnız indi məhkəmə tərəfindən günahkar sayılıb. Məlumata görə, 18 yaşlı Kaylin Fienqo 23 yaşlı sevgilisi Donovan Feysona iki müsbət hamiləlik testinin fotosunu göndərib. Kişi isə dərhal cavab verib: “Abort!!!”.

Araşdırma zamanı məlum olub ki, həmin vaxt Feyson başqa bir qadınla yaşayırmış və qadın onun sadiq olmadığından şübhələnirmiş. Bu səbəbdən uşaq onun planlarına daxil olmayıb. Polis Feysonun doğulmamış uşağın atası olub-olmadığını açıqlamayıb.

Kişi “qəzəb və təzyiq hiss etdiyini” bildirib və bu səbəbdən sevgilisindən qurtulmaq qərarına gəlib. O, qızı parka apararaq amansızcasına öldürüb.

Seçilən
46
publika.az

1Mənbələr