İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhem artıq “Ser Devid Bekhem” titulunu daşıyır. 

Offsideplus.az xəbər verir ki, məşhur futbolçu bu yüksək titulla futbola və Britaniya cəmiyyətinə verdiyi töhfələrə görə təltif olunub.

Bekhem sevincini belə ifadə edib:

“Daha qürurlu ola bilməzdim. Hamı bilir ki, mən necə vətənpərvərəm. Öz ölkəmi sevirəm.”

Böyük Britaniyanın rəsmi saray təltifləri siyahısına daxil edilən Bekhem həm futbol sahəsindəki nailiyyətləri, həm də ictimai layihələrdəki fəallığı ilə diqqət çəkir.