AZ

“Qarabağ" çox intizamlı və yaxşı təşkilatlanmış komandadır”

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” – “Çelsi” oyunu öncəsi İngiltərə klubunun baş məşqçisi Enzo Mareska mətbuat konfransında Azərbaycan çempionu barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, Mareska “Qarabağ”ın son illərdə Avropada göstərdiyi çıxışları yüksək qiymətləndirib:

“Qarabağ@ yaxşı komandadır. “Benfika” və “Kopenhagen” kimi güclü rəqibləri məğlub edib. İspaniyada “Atletik”lə görüşdə hesabı açsalar da, sonda uduzdular. Bu da onların nə qədər təhlükəli komanda olduğunu göstərir. Qarşıdakı oyun çətin olacaq. “Qarabağ” da bizim kimi iki qələbə qazanıb. Onlar çox intizamlı, yaxşı təşkilatlanmış komandadır və rəqiblərinə təzyiq etməyi bacarırlar. Ev oyunlarında bunu daha da yaxşı həyata keçirirlər.”

İtaliyalı mütəxəssis Bakı səfərinin çətinliyinə də toxunub:

“Bir neçə gün əvvəl “Tottenhem”lə ağır oyun keçirdik. İndi Bakıya uçuruq, təxminən 6 saatlıq səfər olacaq. Cümə axşamı Londona dönəcəyik. Saat fərqinə uyğunlaşmaq üçün çalışacağıq. Buna görə heyətdə müəyyən rotasiyalar edə bilərik.”

Mareska, həmçinin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uzunmüddətli fəaliyyəti barədə də danışıb:

“Bu, indiyədək futbol dünyasında çox nadir rast gəlinən haldır. Eyni klubda 17 il işləmək həqiqətən inanılmazdır. Bu, həm klubun, həm də Qurban Qurbanovun peşəkarlığını göstərir.”

Baş məşqçi sıx oyun qrafikindən də gileylənib:

“Son matçdan sonra oyunçuların klub bazasında qalaraq bərpa prosesi keçməsi vacib idi. Qrafik çox sıxdır, buna görə də “Tottenhem”lə oyundan dərhal sonra tibbi yardım və reabilitasiya prosesini orada keçirdik.”

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

Seçilən
28
90deqiqe.az

1Mənbələr