AZ

Trampdan qalmaqallı bəyanat: “Mamdaniyə səs verən yəhudilər sadəcə axmaqdılar!”

Trampdan qalmaqallı bəyanat: “Mamdaniyə səs verən yəhudilər sadəcə axmaqdılar!”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Truth Social” sosial platformasında yəhudi icmasını hədəfə alan bəyanatla çıxış edib.

O yazıb:

“Hər hansı yəhudi ki, sübut olunmuş və açıq şəkildə yəhudilərə nifrət edən Zoxran Mamdaniyə səs verir — sadəcə axmaq adamdır!”

34 yaşlı Zoxran Mamdani hazırda Nyu-York meri postuna namizəddir və şəhər tarixində ilk müsəlman, həm də Cənubi Asiya mənşəli mer ola bilər. Son sorğulara əsasən, Mamdani seçicilərin təxminən 40 faizinin dəstəyinə malikdir.

Seçilən
22
1
interpress.az

2Mənbələr