GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Vladimir Putin Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkinə G20 Liderlərinin Zirvə Toplantısında Rusiya nümayəndə heyətinə rəhbərlik etməyi tapşırıb.
Globalinfo.az xəbər verir ki, müvafiq sərəncam hüquqi informasiya portalında dərc edilib.
Zirvə toplantısı 20-24 noyabr tarixlərində Yohannesburqda keçiriləcək.
Rusiya nümayəndə heyətinə həmçinin Prezident Administrasiyasının Ekspertiza şöbəsinin müdiri Denis Aqafonov, onun müavini və Prezident Administrasiyasının Aparıcı Sənaye Ölkələri və G20 Liderlərinin Nümayəndələri ilə Əlaqələr Qrupu üzrə nümayəndəsi Svetlana Lukaş, xarici işlər nazirinin müavini Aleksandr Pankin və maliyyə nazirinin müavini İvan Çebeskov da daxil olacaq.
Daha əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb Putinin sammitdə Donald Trampla görüşə biləcəyini açıqlayıb. Stubb həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin G20 liderlərinin toplantısında iştirak etmə ehtimalını da dilə gətirib və Putinlə görüşə biləcəyini vurğulayıb.
Trampın özü də tədbirdə iştirak etməyəcəyini bildirib. Bunun əvəzinə ABŞ vitse-prezidenti Vens toplantıya qatılacaq.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.