AZ

DNT ni bərpa edən möcüzə gen tapıldı

ain.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

BALİNANIN UZUNÖMÜRLÜLÜK SİRRİ “Nature” jurnalında dərc olunan yeni tədqiqatda elm adamları Qrenland balinasının DNT bərpa mexanizmlərinin güclü olduğunu sübut edib. Bu nəhəng dəniz məməlisi 200 ildən çox yaşayır, 80 tonadək çəkisi olur. Onun xərçəngə səbəb olan mutasiyaların qarşısını alan və hüceyrələri qoruyan mexanizmlər çox güclüdür. Alimlər bu fenomenin sirrinin onun DNT sistemində gizləndiyini müəyyən edib.Araşdırmalar göstərib ki, Qrenland balinasının dəri hüceyrələri DNT zədələrini insan hüceyrələrinə nisbətən daha sürətli və dəqiq şəkildə bərpa edir. Bu hüceyrələrdə “soyuq şəraitdə aktivləşən RNT-bağlayıcı zülal” adlanan CIRBP adlı molekulun miqdarı xüsusilə yüksəkdir. Məhz bu zülal DNT zədələrinin yerində qoruyucu struktur yaradır və hüceyrəni mutasiyalardan müdafiə edir. Tədqiqatçılar balinanın genini laboratoriyada insan hüceyrələrinə əlavə edib. Bu gen insan hüceyrələrində də işləyib və onları DNT zədələrinə qarşı daha dayanıqlı edib və mutasiyaların sayı azalıb.Mütəxəssislər düşünür ki, bu mexanizmin insanlarda da aktivləşdirilməsi yaşlanmanı ləngidə və yaşla bağlı xəstəliklərin başlanmasını təxirə salmağa kömək edəcək.

Saglamolun.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
saglamolun.az

1Mənbələr