AZ

Bakıda Fransa və Azərbaycan diplomatları arasında uğurlu danışıqlar keçirilib

Bakıda Fransa və Azərbaycan diplomatları arasında keçirilən görüşlər konstruktiv və məhsuldar atmosferdə baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri xanım Laqutt məlumat verib. Onun sözlərinə görə, danışıqlarda Fransa Prezidentinin müşaviri Bukvalter və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev iştirak ediblər.

Səfir qeyd edib ki, müzakirələr zamanı təkcə ikitərəfli əməkdaşlıq məsələləri deyil, həm də qarşılıqlı maraq doğuran regional problemlər diqqət mərkəzində olub.

Laqutt bildirib ki, Bakıda keçirilən bu danışıqlar Azərbaycan və Fransa prezidentlərinin son vaxtlar baş tutan görüşlərinin davamı kimi iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Musavat.com

Seçilən
28
1
musavat.com

2Mənbələr