Xətai rayonu, Ağ şəhər ərazisində gecə saatlarında ictimai asayişin pozulması halı ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) açıqlama verib.
Bizim.Media xəbər verir ki, DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli oxu.az-a bildirib ki, Xətai rayonu, Ağ şəhər ərazisində gecə saatlarında səs-küy və ictimai asayişin pozulması ilə bağlı məsələ nəzarətə götürülüb.
Məlumatda vurğulanıb ki, polis əməkdaşları tərəfindən sözügedən ərazidə profilaktik tədbirlər gücləndirilib:
"Sakinlərin rahatlığının qorunması, həmçinin avtomobillərdə yüksək səsyayıcı cihazlardan və musiqidən istifadənin qarşısının alınması məqsədilə tədbirlər görülür".
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta