
NATO-ya məxsus F-16 və Eurofighter qırıcıları Rumıniya tərəfindən Ukrayna sərhədi yaxınlığında hava həyəcanı siqnalı səbəbindən havaya qaldırılıb.
Olaylar xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin saytında yayılan məlumata görə, qırıcılar ölkənin hava məkanının "yoxlanılması və təhlükəsizliyinin təmin edilməsi" məqsədilə havaya qalxıb.
Nazirliyin məlumatında bildirilib ki, "Rumıniya hava məkanına icazəsiz daxilolma halları qeydə alınmayıb."
Qeyd edək ki, bundan əvvəl Polşa tərəfi Baltik dənizi üzərində Rusiyaya məxsus İl-20 tipli kəşfiyyat təyyarəsinin guya qarşısının alındığını açıqlamışdı.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31