AZ

Fələstin tərəfdarı etirazçılar Yunanıstan limanına çıxışı bağlayaraq 1000 İsrail turistini saxlayıblar



Yunanıstanda nümayişçilər İsrailin fələstinlilərə hücumlarına etiraz olaraq Krit adasındakı Souda limanının girişini bağladıqdan sonra təxminən 1000 israilli turistin gəmidə qaldığı bildirilir.
İsrailin "Yediot Ahronot" qəzeti xəbər verir ki, "Bu günortadan sonra Yunanıstanın Krit adasındakı Souda Limanında təxminən min israilli gəmidə qalıb. Fələstin tərəfdarı bir qrup etirazçı liman çıxışını bağladı."

Xəbərdə gəmidə qalan israilli sərnişinlərdən biri olan Yossi Manorun sözləri sitat gətirilir:

"Gəmidən düşdük və limandan çıxmaq istədik, amma çıxışı pankartlarla bağlayan təxminən on Fələstin tərəfdarı etirazçı var idi. Krit polisi çarəsiz idi. Qapıları bağladılar və polis bizi buraxmır."

ABŞ-ın dəstəklədiyi İsrailin Qəzza zolağına hücumları 8 oktyabr 2023-cü ildə başlayıb. İki ildir davam edən hücumlar nəticəsində 68.865 fələstinli həyatını itirib, əksəriyyəti qadın və uşaqlar olan 170.664 nəfər yaralanıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
27
aia.az

1Mənbələr