AZ

PSJ-nin gənc ulduzu Avropanın ən yaxşı gənc futbolçusu seçilib

PSJ klubunun hücumçusu Dizer Düe Avropanın ən yaxşı gənc futbolçusu adına layiq görülüb.

90deqiqe.Az-ın məlumatına görə, bu nüfuzlu mükafat İtaliyanın tanınmış “Tuttosport” qəzetinin təqdim etdiyi ənənəvi “Golden Boy” (Qızıl oğlan) mükafatıdır.

Mükafatın sosial şəbəkə hesabında qeyd olunub:

“Gənc fransız futbolçunun fenomenal mövsümü. O, “PSJ” ilə birlikdə bütün titulları qazanıb.”

Xatırladaq ki, 2024-cü ildə bu mükafat “Barselona”nın gənc ulduzu Lamin Yamala təqdim edilmişdi.

 20 yaşlı futbolçu ötən mövsümdə bütün turnirlər daxil olmaqla 61 oyunda meydana çıxıb, 16 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Onun çıxışı “PSJ”nin tarixi uğurlarında mühüm rol oynayıb – Paris təmsilçisi Çempionlar Liqası, Liqa 1, Fransa Kuboku və Fransa Superkubokunun qalibi olub.

Seçilən
20
90deqiqe.az

1Mənbələr