Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropaİttifaqına “sınaq müddəti” ilə qəbul olunması ideyasını tənqidedib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
“Əgər biz Aİ üzvlüyündən danışırıqsa, bu, tamhüquqlu olmalıdır.Məncə, çox vacibdir ki, bir masada bərabər ölkələr otursun. Əsasodur ki, onlar oxşar dəyərləri paylaşsınlar”, – deyə Zelenskibildirib.
Xatırladaq ki, “sınaq müddəti” təklifi yeni üzv ölkələrin birneçə il ərzində veto hüququndan məhrum edilməsi və “demokratikprinsiplərdən uzaqlaşma” halında Aİ-dən çıxarıla bilməsini nəzərdətutur.