AZ

Mbappe bundan sonra penaltini heç kimə verməyəcək

Kilian Mbappe “Real”ın ştatlı penalisti olub. Msport.az xəbər verir ki, Madrid klubunun 11 metrlik cərimə zərbələrini bundan sonra yalnız fransalı hücumçu yerinə yetirəcək.

“Kral klubu” penalti yerinə yetirərkən böyük hesabla öndə olsa, yalnız onda istisna ola bilər.

İspaniya çempionatının 11-ci turunda “Valensiya” ilə matçda (4:0) Vinisius Junior penaltini dəqiq yerinə yetirə bilmədikdən sonra Mbappe belə qərara gəlib. Braziliyalı futbolçu  43-cü dəqiqədə bu şansı əldən qaçırmışdı.

 

Seçilən
87
msport.az

1Mənbələr