İsrailin xarici işlər naziri Gideon Saar Hindistanla müdafiə sahəsində əməkdaşlıq üçün anlaşma memorandumu imzalandığını açıqlayıb.
Turkustan.az xəbər verir ki,Saar Hindistanı qlobal güc kimi təsvir etdi.
İsrailin xarici işlər naziri Gideon Saar Hindistanla müdafiə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalamağa hazırlaşdıqlarını bildirib.
İsrailin xarici işlər naziri Saar Hindistana səfəri zamanı NDTV-yə verdiyi müsahibədə iki ölkə arasındakı münasibətlərlə bağlı açıqlama verib.
Hindistanı "qlobal super güc" olaraq xarakterizə edən Saar, iki ölkə arasındakı əlaqələrin müdafiə, innovasiya və ticarət sahələrində "həmişəkindən daha güclü" olduğunu söylədi.
Saar: "ABŞ prezidenti Donald Trampın yeganə mövcud variant olaraq elan etdiyi Qəzzada atəşkəs planının saxlanmasının vacib olduğunu" ifadə edərək, "Bu, mərhələli, real və işlək bir plandır" dedi.
Aytən Yaşar/ Turkustan.az