AZ

“Tramp bu gün Putini təbrik etməyib” – Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında qeyd edib ki, bir neçə ölkənin liderləri Rusiya prezidenti Vladimir Putini Milli Birlik Günü münasibətilə təbrik ediblər, baxmayaraq ki, protokolda bu nəzərdə tutulmayıb – bayramın milli statusu yoxdur.

Busaat.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Xeyr, bu, milli bayram deyil. Protokolda bunu nəzərdə tutmur. Bəzi ölkələr təbriklər göndəriblər”, – o, xarici liderlərin Rusiya prezidentini Milli Birlik Günü münasibətilə təbrik edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

Putini təbrik edənlər arasında ABŞ prezidenti Donald Trampın olub-olmaması ilə bağlı suala cavab verən Peskov bunu təkzib edib. “Xeyr” ,-deyə cavab verib.

Yeganə

Seçilən
32
busaat.az

1Mənbələr