Bakı. Trend:
Noyabrın 4-də Qətərin paytaxtı Doha şəhərində BMT-nin İkinciDünya Sosial Sammiti öz işinə başlayıb. Sammitdə 8 mindən çoxqonaq, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, alimlər,Birləşmiş Millətlər Təşkilatının təmsilçiləri, vətəndaş cəmiyyətivə özəl sektorun, gənclər təşkilatlarının nümayəndələri iştirakedir.
Nazirlər Kabinetindən Trend-ə verilən xəbərə görə, Azərbaycan RespublikasıPrezidentinin tapşırığı ilə Sammitdə ölkəmizi Baş nazirinin müaviniSamir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nümayəndə heyətinə Azərbaycan Əmək və əhalinin sosial müdafiəsinazirinin müavini, Dövlət Səhərsalma və Arxitektura Komitəsininsədri, Qətər Dövlətindəki səfir, Dayanıqlı İnkişaf üzrə MilliƏlaqələndirmə Şurasının katibi, Nazirlər Kabineti, və Xarici işlərnazirlyinin məsul vəzifəli şəxsləri daxildir.
2030 Dayanaqlı İnkişaf Gündəliyinin reallaşdırılmasına, xüsusilədə sosial inkişaf gündəliyinin təşviqinə həsr olunan Sammitin ilkgünündə “Doha Siyasi Bəyannaməsi” qəbul edilib.
Baş nazirinin müavini S. Şərifov Dünya Sosial Sammitinin plenariclasında çıxış edib. Çıxışda o, Azərbaycanda KopenhagenBəyannaməsi üzrə sosial sahədə nəzərdə tutulan öhdəliklərin icrasıbarədə məlumat vermiş və sosial inkişaf məsələləri üzrə beynəlxalqəməkdaşlığa yaxından qoşulduğunu və bir çox inkişafda olan ölkələrətəhsil, səhiyyə, və humanitar sahədə yardım göstrədiyinibildirmişdir.
O, həmçinin bu ölkələrlə sosial və dövlət xidmətlərinin xüsusiyaradılmış mərkəzlər vasitəsilə əhaliyə effektiv göstərilməsindəAzərbaycanın uğurlu təcrübəsini bölüşdüyünü, bu istiqamətdəəməkdaşlığın genişləndirilməsinə və həmin ölkələrə yardımgöstərilməsini davam etdirməyə hazır olduğunu bəyan etmişdir.
Eyni zamanda, 2024-cü ildə Bakıda keçirilmiş Qlobal İqlimKonfransı (COP29) çərçivəsində İqlim Davamlılığı üçün İnsanİnkişafına dair Bakı Rəhbər Prinsiplərinin qəbul edildiyini qeydedərək 2026-cı ildə Bakıda həmin prinsiplərin gercəkləşdirilməsiməqsədilə 13-cü Ümümdünya Şəhərsalma Forumunun və BMT-nin Asiya vəSakit okean üzrə İqtisadi və Sosial Komissiyasının növbəti illliksessiyasının keçirilməsinə Azərbaycanın ev sahibliyi edəcəyinibildirmişdir.
Sonda S.Şərifov Azərbaycan Respublikasının yenicə qəbul edilmişDoha Siyasi Bəyannaməsinin və cari ilin iyulunda qəbul edilmişİnkişaf üçün Maliyyələşdirmə üzrə Sevilya Bəyannaməsindən irəligələn öhdəliklərin beynəlxalq əməkdaşlıq çərçivəsində icraedilməsinə Azərbaycanın sadiqliyini, ona müvafiq dəstəyingöstərilməsini davam edəcəyini bir daha təsdiqləmişdir.
Azərbaycan nümayəndə heyəti Sammit çərçivəsində keçirilmiş“Aclıq və Yoxsulluğa qarşı Qlobal Alyansı”ın birinci iclasında,“Sosial inkişafın üç sütununun gücləndirilməsi: yoxsulluğun aradanqaldırılması, tam və məhsuldar məşğulluq və hamı üçün layiqli əməkvə sosial inteqrasiya” mövzusunda təşkil olunan dəyirmi masada,eləcə də bir sıra ikitərəfli görüşlərdə iştirak etmişdir.
İkinci Dünya Sosial Sammiti noyabrın 6-dək davam edəcək.
İlk Dünya Sosial Sammiti 30 il əvvəl Danimkaranın paytaxtıKopenhagendə keçirilib və Sosial İnkişaf üzrrə KopenhagenBəyannaməsinin qəbul edilməsi ilə yekunlaşmışdı.