AZ

Pentaqon: ABŞ Avropadakı hərbi qüvvələrini azaltmağı hələ planlaşdırmır

Pentaqon: ABŞ Avropadakı hərbi qüvvələrini azaltmağı hələ planlaşdırmır

ABŞ hökumətinin hazırda Avropadakı hərbi kontingentini daha da azaltmaq planı yoxdur.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin strategiya, plan və potensial üzrə köməkçisi vəzifəsinə namizəd Ostin Damer Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

“Daha bir azalma ilə bağlı konkret planlardan xəbərim yoxdur,” – deyə Damer vurğulayıb. O, belə qərarların qəbul ediləcəyi halda komitə üzvlərinin bu barədə bağlı formatda və vaxtında məlumatlandırılacağını qeyd edib.

Damer əlavə edib ki, ABŞ-ın Rumıniyadakı hərbi qüvvələrinin azaldılması barədə bu ölkə hökuməti məlumatlandırılıb. “Mənim bildiyimə görə, əmrin verilməsindən əvvəl Rumıniya da daxil olmaqla müttəfiqlərimizlə məsləhətləşmələr aparılıb,” – deyə o bildirib.

Xatırladaq ki, Rumıniya Müdafiə Nazirliyi daha əvvəl ölkədəki ABŞ hərbçilərinin sayının 1700-dən təxminən 1000-ə endirildiyini açıqlamışdı.

Seçilən
53
afn.az

1Mənbələr