AZ

Rusiya İtaliyaya qarşı

Mariya Zaxarovanın açıqlamalarından sonra Rusiyanın İtaliyadakı səfirliyi İtaliya mediasında başlayan Rusiya əleyhinə kampaniyaya etiraz edib. Nazir-məsləhətçi Mixail Rossiyski Moskvanın mövqeyini İtaliya Xarici İşlər Nazirliyinə bildirib.

Editor.az xəbər verir ki, Səfirlik vurğulayıb ki, Rusiya əleyhinə kampaniya Mariya Zaxarovanın İtaliyanın mədəni irsinin maliyyələşdirilməsinin azlığından narahatlığı səbəbindən başlayıb. Rusiya tərəfi bu ittihamları kobud və iyrənc hesab edir.

Səfirlik nümayəndələri həmçinin qeyd ediblər ki, İtaliya nazirliyi 4 noyabr Milli Birlik Günündə görüşdə israr edir. Görüş təcili olmadığı üçün bu, taktikasız qəbul edilib. Bir gün əvvəl Mariya Zaxarova bildirib ki, İtaliya Ukraynaya verdiyi dəstəyə görə iqtisadi nəticələrlə üzləşib. Bu açıqlama Romada bərpa işlərinin aparıldığı Torre dei Conti qülləsinin uçmasından sonra verilib.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
34
editor.az

1Mənbələr