AZ

Türkiyəli nazir bütün orqanlarını BAĞIŞLADI

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu orqanlarını "e-Nabız" sistemi vasitəsilə rəqəmsal şəkildə bağışlayıb. Ajans.az bu barədə TRT-yə istinadən xəbər verir. Nazir bildirib ki, orqan bağışlaması insanın həyatını xilas edir: "Bizim inancımıza görə, bir həyatı xilas etmək bütün dünyanı xilas etmək kimidir. Bunu cəmiyyətə izah etməliyik". Memişoğlu Türkiyə cəmiyyətinin fədakarlığını vurğulayaraq dedi: "Onlar sağ ikən özlərinin bir hissəsini bağışlayırlar. Qaraciyərlərinin yarısını və bir böyrəyini bağışlayırlar. Hər il 5000-dən çox transplantasiya həyata keçiririk ki, bunların 90 faizi canlı donorlardandır. Bunu sağ ikən özlərinin bir hissəsini bağışlayan cəmiyyətə izah etməliyik ki, ölümdən sonra toza çevriləcək və çürüyəcək orqanlarını asanlıqla bağışlaya bilsinlər. Buna görə də bu səyi göstəririk".

Nazir vurğulayıb ki, Türkiyə orqan transplantasiyasında dünya üçün nümunə ola biləcək bir ölkədir.

Seçilən
84
1
Ajans.az

2Mənbələr