AZ

Putin ilboyu hərbi çağırış barədə qanun imzalayıb

Putin hərbi xidmətə il boyu çağırışın aparılması ilə bağlı qanunu imzalayıb.  Tibbi müayinələr, psixoloji müayinə və çağırış komissiyasının iclasları il ərzində keçiriləcək.

AzPost bildirir ki, müvafiq sənəd rəsmi hüquqi informasiya portalında dərc edilib. Müvafiq müddəalar gələn ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.

Qanun tibbi müayinələrin, peşəkar psixoloji müayinənin və çağırış komissiyasının iclaslarının təqvim ili ərzində keçirilməsini nəzərdə tutur. Çağırışçılar xidmətə 1 apreldən 15 iyula və 1 oktyabrdan 31 dekabra qədər göndəriləcəklər.

Bundan əlavə, prezident ehtiyatda olan əsgərlərin vacib obyektləri və digər həyati əhəmiyyətli infrastrukturu qorumaq üçün xüsusi təlim düşərgələrinə göndərilməsinə icazə verən qanunu da imzalayıb.

Sənəddə həmçinin Rusiya vətəndaşlarının müəyyən kateqoriyaları üçün göndəriş tarixləri də müəyyən edilib. Beləliklə, çöl işlərində iştirak edən kənd sakinləri 15 oktyabrdan 31 dekabra, təhsil müəssisələrinin müəllim heyəti 1 maydan 15 iyula və Uzaq Şimalın bəzi bölgələrinin sakinləri 1 maydan 15 iyula və ya 1 noyabrdan 31 dekabra qədər xidmətə göndəriləcəklər.

AzPost.az

Seçilən
46
azpost.info

1Mənbələr