AZ

Gecə yatmazdan əvvəl qatıq yesəniz nə baş verir?

Gecələr yatmazdan əvvəl qatıq yeməyin bədənə necə təsir etdiyini bilirsinizmi?

E-saglam.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, qatıq yalnız gündüz deyil, gecə də çox faydalı qidadır.

Qatığın tərkibindəki probiotiklər bağırsaq florasını tarazlaşdırır, həzmi yaxşılaşdırır və şişkinlik kimi narahatlıqları azaldır. Bu da yuxunun keyfiyyətini artırır və bədəni gecə boyunca rahatladır.

Zəngin kalsium və protein tərkibi sayəsində qatıq əzələlərin bərpasına və dərin yuxuya kömək edir. Qidalanma mütəxəssisi professor Günhan Erdem bildirir ki, qatıq əsas yeməklərlə birlikdə deyil, yatmazdan 1-2 saat əvvəl ayrıca qəbul edilməlidir.

Qatıq həm də uzunmüddətli toxluq hissi yaradır, gecə qəlyanaltılarının qarşısını alır və maddələr mübadiləsini dəstəkləyir. Bununla yanaşı, bədənin kalsium ehtiyacını ödəyərək sümük və diş sağlamlığının qorunmasına kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
18
e-saglam.az

1Mənbələr