“Arsenal” Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunun “Slaviya” ilə matçında aparıcı oyunçularından birindən yararlana bilməyəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mikel Arteta məlumat verib.
Hücumçu Viktor Dyökereş komandasına kömək edə bilməyəcək. 27 yaşlı futbolçu İngiltərə premyer-liqasının “Bernli” ilə son oyununda (2:0) əzələ narahatlığı hiss edib və fasilədə əvəzlənib.
“Slaviya” – “Arsenal” oyunu bu gün saat 21.45-də başlayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta