AZ

Prezidentin Göyçə gölü ilə bağlı bəyanatı hansı mesajları verdi? Millət vəkili Aydın Mirzəzadə ilə MÜSAHİBƏ

ain.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Göyçə Gölü və Tarixi Həqiqət: Prezident İlham Əliyevin Bəyanatı Regionda Sülhə Töhfə Verir – Millət vəkili Aydın Mirzəzadə

Dünən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Prezident İlham Əliyev tarixi açıqlama verərək Göyçə gölünün tarixi adını rəsmi şəkildə bərpa etdi. Bu bəyanat təkcə Göyçəlilər üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük qürur mənbəyidir və ölkəmizin öz tarixini qorumaq iradəsini bir daha təsdiqləyir. Prezidentin mesajı, həmçinin regionda sülh və əməkdaşlıq perspektivlərini gücləndirən önəmli bir siqnal olaraq qiymətləndirilir.

Bu qürurverici hadisəni elə əslən Göyçə mahalından olan, uzun illər parlamentdə siyasi mövqeyi və prinsipial yanaşması ilə seçilən Millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Aydın Mirzəzadə ilə müzakirə etdik.

Həmin müsahibəni təqdim edirik:

-Aydın müəllim, Prezident İlham Əliyevin Göyçə gölü ilə bağlı bəyanatı Ermənistan cəmiyyətində hansı reaksiyalara səbəb olub?

-Bilirsinizmi, mənim köküm Göyçə mahalındandır, atam Basarkeçər rayonunun Zod kəndindəndir. Uşaqlığımdan evimizdə o torpaqlar və Göyçə gölü ilə bağlı xoş xatirələr eşitmişəm. Prezidentin Göyçə gölünü tarixi adı ilə adlandırması yalnız Göyçəlilərdə deyil, bütün Azərbaycanlılarda qürur hissi yaratdı. Bu bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı tarixini heç kəsə bağışlamaq fikrində deyil. Bizim o torpaqlarda yaşamaq hüququmuz var. Ermənilər oraya gəlmədilər və tarixi adların  dəyişdirilməsi qanunsuzdur. 30 il ərzində Ermənistan orada qüdrətli və firavan dövlət qura bilmədi. Azərbaycan və Türkiyə ilə düşmənçilik onlara heç bir uğur gətirmədi. Əslən oradan olan azərbaycanlıların öz torpaqlarına qayıtmaq hüququnu heç kim əlindən ala bilməz. Əlbəttə, bəyanat Ermənistanda müəyyən radikal qüvvələrdə narazılıq yarada bilər.

-Bu bəyanat regionda sülh və əməkdaşlıq prosesinə necə təsir göstərə bilər?

-Zaman keçdikcə Ermənistan bu hüquqları tanıyacaq. Bəyanat regionda sülh və əməkdaşlıq prosesinə müsbət təsir göstərə bilər. Bu o demək deyil ki, Ermənistan bu gün qapılarını açıb keçmiş Qərbi Azərbaycanlıları torpaqlarına buraxacaq. Lakin, sülh müqaviləsi imzalanandan sonra, cəmiyyətlərarası kontaktlar intensivləşdikcə, biz oraya qayıdıb, yarımçıq qalmış evlərimizi bərpa edib, yaşaya biləcəyik.

Biləsiniz ki, Prezident İlham Əliyevin bu bəyanatı yalnız tarixi ədaləti önə çıxarmır, həm də gələcək nəsillər üçün regionda sülh və əməkdaşlıq perspektivlərini möhkəmləndirir.\\Oxu24.com

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
hurriyyet.az

2Mənbələr