AZ

Aİ Ukraynaya müvəqqəti maliyyə yardımı ayıra bilər

Dombrovskis: Dondurulmuş rus aktivlərindən istifadə planı təsdiqlənməsə, keçid maliyyələşməsi qaçılmaz olacaq...

Poliqon xəbər verir ki, Avropa Komissiyasının iqtisadi məsələlər üzrə komissarı Valdis Dombrovskis Avropa İttifaqının (Aİ) Ukraynaya dəstək mexanizmləri ilə bağlı yeni açıqlama verib. O bildirib ki, əgər üzv dövlətlər yaxın vaxtlarda dondurulmuş Rusiya aktivlərindən istifadə planını təsdiqləməsələr, Ukraynaya müvəqqəti maliyyə yardımı ayrılması qaçılmaz olacaq.

Dombrovskis bu fikirləri Bolqarıstanın paytaxtı Sofiyada keçirilən və ölkənin avroya keçidi mövzusuna həsr olunmuş konfransda səsləndirib. “Proses nə qədər çox uzanarsa, vəziyyət bir o qədər çətinləşir. Belə olan halda, biz müvəqqəti maliyyə mexanizmlərini nəzərdən keçirməli ola bilərik”, deyə Avrokomissar vurğulayıb.

O, həmçinin qeyd edib ki, Avropa İttifaqı Ukraynanın maliyyə sabitliyini təmin etmək və iqtisadi dayaqlarını qorumaq üçün çevik qərarlar qəbul etməlidir. Dombrovskis Aİ ölkələrini bir daha çağıraraq, rus aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın müdafiə və bərpa ehtiyaclarına yönəldilməsi planını dəstəkləməyə səsləyib.

Xatırladaq ki, Brüsseldə dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı qərar üzv ölkələr arasında konsensus tapılmadığı üçün hələ də qəbul edilməyib. Bəzi ölkələr bu planın hüquqi və siyasi risklər daşıdığını düşünür.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr