AZ

“Karyeramın sonu yaxınlaşır, amma mən buna hazıram”

“Əl-Nəsr” və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo futbolçu karyerasının sonuna yaxınlaşdığını etiraf edib.

90deqiqe.Az-ın məlumatına görə, 40 yaşlı hücumçu Pirs Morqanla müsahibəsində emosional etiraf səsləndirib:

“Karyeramın sonu uzaqda deyil. Amma mən buna hazıram. Asan olmayacaq, bəli, ağlayacağam. Mən hisslərimi gizlətmirəm, səmimiyəm. Amma 25–26 yaşlarımdan bu günə – gələcəyimə hazırlaşmışam.”

Təcrübəli futbolçu ötən ilin iyun ayında “Əl-Nəsr”lə müqaviləsini 2027-ci ilə qədər uzadıb. Bu mövsüm Ronaldo bütün turnirlərdə 10 matçda meydana çıxaraq 9 qol və 2 assistlə komandasına töhfə verib.

Seçilən
38
90deqiqe.az

1Mənbələr