AZ

Anar Quliyev UN-Habitatın icraçı direktoru ilə görüşüb

“Bu gün Qətərin paytaxtı Dohada keçirilən Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ilə daha bir səmərəli görüş keçirdik”.

APA xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev öz sosial hesabında paylaşıb.

“Görüş zamanı Azərbaycan Respublikasının “Hər kəs üçün Münasib Mənzil” üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri seçilməsinin yaratdığı yeni əməkdaşlıq imkanlarını müzakirə etdik və 2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətimizi vurğuladıq”, – deyə sədr bildirib.

Qeyd olunub ki, UN-Habitat ilə birgə münasib mənzil, iqlimədavamlı şəhərlər və inklüziv şəhərinkişafı sahələrində qlobal dialoqun gücləndirilməsi istiqamətində səylər davam etdiriləcək.

Seçilən
18
3
apa.az

4Mənbələr