AZ

Quterreş Sudandakı müharibədən danışdı

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Sudandakı müharibə barədə açıqlama verib. Metbuat.az xəbər verir ki, Qətərdə keçirilən BMT zirvəsindəki çıxışında o, müharibənin nəzarətdən çıxdığı barədə xəbərdarlıq edib. Darfur bölgəsindəki Faşir şəhərinin “Çevik Dəstək Qüvvələri”nin nəzarəti altına keçdiyini xatırladan Quterreş, bölgədə humanitar böhran yaşandığını ifadə edib. O, münaqişə tərəflərini atəşkəs elan etməyə çağırıb. Quterreş yüz minlərlə mülki şəxsin mühasirədə olduğunu bəyan edib.

Quterreş bildirib ki, müharibəni dayandırmaq üçün bütün beynəlxalq ictimaiyyəti və Sudanda təsir gücünə malik olan bütün şəxsləri bir araya gətirmək vacibdir.

Seçilən
28
1
metbuat.az

2Mənbələr