AZ

Quterreş Sudandakı müharibədən danışdı

ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Sudandakı müharibə barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, Qətərdə keçirilən BMT zirvəsindəki çıxışında o, müharibənin nəzarətdən çıxdığı barədə xəbərdarlıq edib. Darfur bölgəsindəki Faşir şəhərinin “Çevik Dəstək Qüvvələri”nin nəzarəti altına keçdiyini xatırladan Quterreş, bölgədə humanitar böhran yaşandığını ifadə edib. O, münaqişə tərəflərini atəşkəs elan etməyə çağırıb. Quterreş yüz minlərlə mülki şəxsin mühasirədə olduğunu bəyan edib.

Quterreş bildirib ki, müharibəni dayandırmaq üçün bütün beynəlxalq ictimaiyyəti və Sudanda təsir gücünə malik olan bütün şəxsləri bir araya gətirmək vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
metbuat.az

2Mənbələr