1-ci Liqanın 7-ci turunun mərkəzi qarşılaşması bölgədə keçiriləcək. Çempionatın şəriksiz lideri "Şəfa" səfərdə 3-cü pillədə mövqe tutan "Mingəçevir"lə üz-üzə gələcək.
"İşıqçılar"ın müdafiəçisi Cabir Əmirli Bakı təmsilçisi ilə önəmli matç ərəfəsində fikirlərini Fanat.Az-a bölüşüb:
"Bizim üçün çox vacib oyundur. Turnir cədvəlinin liderinə qarşı oynayacağıq. "Şəfa" üzərində
qələbə qazansaq, liderlik yarışına şərik ola bilərik. Doğma meydanda, öz azarkeşlərimiz qarşısında oynayacağıq. Buna görə də üzərimizə ikiqat məsuliyyət düşür. Kubokdakı məğlubiyyəti unudub "Şəfa" ilə oyuna bütün gücümüzlə hazırlaşmışıq. Komandada əhval-ruhiyyə yüksəkdir. Oyunun bizim üçün uğurlu yekunlaşacağına inanırıq. Meydanda əzmkar mübarizə və gözəl oyun görəcəksiniz.
Azarkeşlərimizi bizə dəstək olmağa çağırıram. 90 dəqiqə ərzində, final fiti verilənə qədər bizi dəstəkləsinlər".
Qeyd edək ki, "Mingəçevir" - "Sabah" görüşü noyabrın 5-də reallaşacaq.
Nihat