Bakının Binəqədi rayonu ərazisində baş verən qəza ilə bağlı bəzi detallar məlum olub.
Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, hadisə Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən gül dükanının yanında qeydə alınıb.
Hadisə barədə araşdırma aparılır.
***20:59
Ba:kının Binəqədi rayonu ərazisində zəncirvari qəza baş verib.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilir ki, Binəqədi-Xırdalan yolunda baş verən qəzada 91 saylı sərnişin avtobusu da iştirak edib. Qəzada bir neçə şəxsin yaralandığı bildirilib.