AZ

Nura Suriyə “blok” qoyan kimdir? - Özü açıqladı

"Bizim cəmiyyət hər nə baş versə – ölkədə, evdə, işdə – mütləq bir bəhanə tapıb acığını müğənnilərdən çıxmaq istəyir. Hətta aparıcılar da “məzələnir” müğənnilərlə. Baxırsan ki, bəzilərinin qulağından redaktorun dediklərini kəssən, heç özü iki kəlmə sözü birləşdirib, doğru-düzgün cümlə qura bilməyəcək. Hər nə isə…"

"Yeni Sabah" xəbər verir ki, bunu müğənni Nura Suri qeyd edib.

"Mən də illərdir Facebook-da yazıram fikirlərimi. Hətta əvvəllər Day.az saytı üçün məqalələr (köşə yazısı) yazırdım, 1news.az saytı üçün müsahibələr edirdim və LiveJournal saytında yazırdım. Nə isə, başınızı çox ağrıtmayım. Pepperoni pizza

Danışmağa hər mövzuda adam tapa bilmirəm çox vaxt, ona görə yazıram. Haqqımda “demoqoq”dan tutmuş başqa nə desən, deyiblər. Haqqımda o qədər absurd və həqiqətə uyğun olmayan şeylər danışılıb ki, hərdən özüm-özümdən şübhələnmək istəyirəm (sarkazm, ironiya)" - müğənni bildirib. 

Nura Suri onu tədbirlərdən uzaq salan şəxsdən danışsa da, ad çəkməyib:

"Yaltaqlığı sevmədiyimə görə bir çox tədbirlərdən (Mədəniyyət Nazirliyinin işçisidir – ad çəkməyim) məni “burub” bir xanım. Hələ müğənniləri və prodüserləri demirəm. Yəni seçilmək, düşündüyümü demək, onların dili ilə desək, “ağıllı-ağıllı danışmaq”, haqqsızlığa susmamaq – başıma bəla olub.

İndi mən kitablardan oxuyub təhlil etdiyim fikirlərimi, xatirələrimi, düşündüklərimi sizinlə Facebook səhifəmdə bölüşürəm. Müğənnilər arasında da düşünən, kitab oxuyan, hər mövzuda danışa biləcəyiniz insanlardan biriyəm.

Məni niyə düşmən bəlləmisiniz ki? Dərdiniz nədir mənimlə? Kimə bir pisliyim keçib axı indiyə kimi?.."


Telegram kanalımız
Seçilən
15
2
yenisabah.az

4Mənbələr